| 26 august 2008 18:43 |
Prezident İlham Əliyev paytaxta yeni gətirilmiş sərnişin avtobusları ilə tanış olmuşdur
Prezident İlham Əliyev Hökumət evinin qarşısına gələrək, paytaxta yeni gətirilmiş sərnişin avtobuslarına baxdı. Dövlət başçısına məlumat verildi ki, Almaniya istehsalı olan yeni avtobuslar ən müasir beynəlxalq standartlara cavab verir.
Prezident İlham Əliyev yeni avtobuslarla yaxından tanış oldu, sərnişinlərin rahatlığı üçün bundan sonra da hər cür şəraitin yaradılması ilə bağlı göstərişlərini verdi.
BAKI. 26.08.2008.

