Əsas səhifə

































Əsas səhifə

16 iyun 2010 18:17
Udullu inzibati-ərazi dairəsinin sakinlərindən, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident!

Keçmiş Sovetlər Birliyi dövründə Udullu ərazisi Şamaxı rayonunun tabeçiliyində idi. Udullu ərazisinə daxil olan Qubalı, II Udullu, I Paşalı və Şorbaçı kəndləri 1990-cı ildən etibarən Hacıqabul rayonuna verildi.

Udullu ərazisi onilliklər boyu ucqar bir bölgədə gözdən uzaq, könüldən iraq, baxımsız vəziyyətdə olub. Kənd sakinləri heç vaxt qazdan istifadə etməmişlər.

Cənab Prezident!

Sizin imzaladığınız “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Hacıqabul rayonunun, o cümlədən bizim Udullu ərazisinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Lakin bizim yuxumuza da girməzdi ki, Udullunun kəndlərinə belə tezliklə qaz çəkilişinə başlanacaqdır.

Budur, Sizin rəhbərliyinizlə artıq iki həftədən çoxdur ki, Udullu ərazisinə qaz çəkilişinə başlanmışdır. Kənd camaatının sevincinin həddi-hüdudu yoxdur.

Möhtərəm cənab Prezident!

Bu sevinci bizə bəxş etdiyiniz üçün birinci növbədə Sizə ürəkdən minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Udulluya qaz çəkilişi Azərbaycanın bütün regionlarını və rayonlarını abadlaşdıran Sizin bir daha ümummilli lider, ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalmağınızın və bu kursu layiqincə davam etdirməyinizin bariz nümunəsidir. Biz - Hacıqabul rayonunun sakinləri və Udullu kənd əhalisi Sizin həyata keçirdiyiniz bütün tədbirləri ürəkdən bəyənir və müdafiə edirik. Sizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Ulu Tanrı Sizə yar olsun!

Dərin hörmətlə,

Hacıqabul rayonu Udullu inzibati-ərazi dairəsinin sakinləri adından: cəmi 240 imza.

Azərbaycan  Respublikası, Hacıqabul rayonu, Udullu inzibati-ərazi dairəsi