Əsas səhifə

































Əsas səhifə

25 iyun 2010 16:10
Məhiyəddin İmamverdiyevdən, Laçın, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi kimi 2003-cü ildən ötən dövr ərzində Sizin yorulmaz və fədakar fəaliyyətinizlə respublikamızda yüksək sosial-iqtisadi uğurlara nail olunması, ölkəmizin regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilərək nüfuzunun daha da artması, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi hər bir azərbaycanlı kimi biz laçınlıları da ürəkdən sevindirir. Sizin kimi dövlət başçısı ilə hər birimiz fəxr edirik.

İyunun 23-nün hər il ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi təntənəli surətdə qeyd edilməsi dövlət qulluqçularının ən əziz bayramına çevrilmişdir.

Bu bayram günü ərəfəsində əməyimi qiymətləndirərək məni “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etməyiniz mənim və ailəmizin hədsiz sevincinə səbəb olmuşdur.

Bu yüksək diqqət və qayğıya görə Sizə öz adımdan və bütün ailə üzvlərimiz adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sizi əmin edirəm ki, bundan sonra da xalqımıza və dövlətimizə ləyaqətlə xidmət edəcək, mənə göstərilən bu qayğını əməli işlərimlə doğrultmağa çalışacağam.

Dərin hörmətlə,

Məhiyəddin İmamverdiyev

Laçın Rayon İcra Hakimiyyəti başçısının Pircahan kəndi üzrə nümayəndəsi