Əsas səhifə

































Əsas səhifə

30 iyun 2010 14:40
Prezident İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun geniş tərkibdə görüşü olmuşdur

Prezident İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovu ölkəmizdə salamladı və bildirdi ki, bu səfər münasibətlərimizin daha da inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir. “Biz artıq Sizinlə münasibətlərimizin gündəliyinə dair fikir mübadiləsi aparmışıq və həmin münasibətlərin necə dinamik inkişaf etməsini görürük”, - deyən dövlətimizin başçısı əlaqələrimizin səviyyəsindən razı qaldığını bildirdi. 

Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, budəfəki səfər ikitərəfli münasibətlərin inkişafı və regional əməkdaşlıq üçün daha bir mühüm addım olacaqdır. Çünki müzakirə olunan və hələ müzakirə edəcəyimiz məsələlər mühüm regional məna kəsb edir. “Biz ölkələrimizin və xalqlarımızın rifahı, habelə Azərbaycan ilə Avropa strukturları arasında münasibətlərin möhkəmlənməsi naminə ikitərəfli əməkdaşlıq potensialından tam şəkildə istifadə etmək üçün Sizinlə siyasi, iqtisadi, mədəni məsələlərə dair əməkdaşlığa hazırıq”, - deyən Prezident İlham Əliyev Bolqarıstan Prezidentini bir daha ölkəmizdə salamladı və ona ən xoş arzularını bildirdi. 

Bolqarıstan Prezidenti Georgi Pırvanov Prezident İlham Əliyevin münasibətlərin inkişafına verdiyi qiymətlə razı olduğunu dedi. Bildirdi ki, münasibətlərimiz çox səmimi və yaxşıdır. Son dövrlərdə isə müasir Avropa münasibətləri kontekstində əlaqələrin intensivliyi artır. “Nazirliklər, digər təsisatlar səviyyəsində münasibətlər çox fəal inkişaf edir. Lakin bu da çox vacibdir ki, dövlət başçılarının münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına təkan verir”, - deyən Bolqarıstan dövlətinin başçısı bildirdi ki, bu əlaqələri və münasibətləri ikitərəfli planda praktiki addımlara çevirməyə nail oluruq. 

O da qeyd olundu ki, Avropa İttifaqının üzvü kimi Bolqarıstanın mövqeyi bütövlükdə regiona, o cümlədən Azərbaycana münasibətdə Avropa siyasətinin formalaşmasında fəal olmaqdan ibarətdir.

30.06.2010.