Əsas səhifə

































Əsas səhifə

30 oktyabr 2007 10:07
“Biz müharibə şəraitində yaşayırıq və hər an müharibəyə hazır olmalıyıq. Müharibə hələ ki, bitməyib, sadəcə olaraq, atəşkəs sazişi bağlanıbdır. Biz öz doğma torpaqlarımızı işğalçılardan hərb yolu ilə azad etmək üçün hazır olmalıyıq”
Azərbaycan Prezidenti, Silahlı Qvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim-tədris mərkəzinin açılışında çıxışından
04 oktyabr 2007 16:09
“Haqq-ədalət bizim tərəfimizdədir, bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir və biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”
Müqəddəs Ramazan ayı münasibətilə açılan iftar süfrəsində Prezident İlham Əliyevin nitqindən
02 oktyabr 2006 11:11
"Bəzi hallarda opponentlərimiz istəyirlər bizi tənqid etsinlər ki, Qarabağ məsələsi niyə həll olunmur. Ona görə həll olunmur ki, Azərbaycan bizi qane etməyən razılaşmaya heç vaxt getməyəcəkdir. Ona görə həll olunmur ki, bütün təzyiqlərə baxmayaraq, Prezident kimi mən Azərbaycan dövlətinə, Azərbaycan xalqına sərf etməyən razılaşmaya getməyəcəyəm"
Milli Məclisinin 2006-ci il payız sessiyasının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən
27 sentyabr 2006 11:38
"Hərbi əməliyyat sonuncu addımdır. Yəni Azərbaycanın çox böyük maliyyə, insan ehtiyatları, nəhəng intellektual potensialı olduğu halda, məqsədə çatmağımız üçün bizim çox imkanlarımız olacaqdır"
Azərbaycan Prezidenti İlham Əliyevin Qətərin "Əl-Cəzirə" teleyayım korporasiyasının əməkdaşlarına müsahibəsindən
26 aprel 2006 11:09
"Hər hansı münaqişənin həlli üçün müəyyən çərçivələr mövcud olmalıdır. Bu baxımdan, beynəlxalq hüququn lazımi qaydada müəyyən edilmiş normaları mövcuddur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir"
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Nümayəndələr palatasının energetika və beynəlxalq əlaqələr komitələrinin bir qrup üzvü ilə görüşündə nitqindən
08 mart 2006 11:07
"Biz Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin və oraya qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə zəmanət verə və Dağlıq Qarabağın statusunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edə bilərik"
Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından
31 yanvar 2006 11:06
"Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram"
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda Prezidentin nitqindən
07 dekabr 2005 11:03
"Münaqişənin hüquqi həlli yolları yenə də Azərbaycanın xeyrinədir. Çünki biz münaqişənin yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmasını tələb edirik və bu məsələdə heç bir güzəştə getməyəcəyik"
İslam Konfransı təşkilatının Məkkədə keçirilmiş üçüncü fövqəladə zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən
21 iyun 2005 10:57
"Dünyada gedən qloballaşma prosesləri, bizim Avropa İttifaqı ilə sıx əməkdaşlığımız, dünyada gedən demokratikləşmə prosesləri artıq təcavüzə əsaslanan siyasəti qəbul etmir və onu inkar edir"
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müşavirədə Prezidentin nitqindən
26 mart 2005 11:01
"Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. İqtisadi potensial bizim tərəfimizdədir. Ordu potensialı bizim tərəfimizdədir. Haqq-ədalət bizim tərəfimizdədir. Azərbaycan xalqı heç vaxt öz doğma torpaqlarının itirilməsi ilə barışmayacaqdır"
Yeni Azərbaycan partiyasının III qurultayında Prezident İlham Əliyevin nitqindən
18 fevral 2004 11:00
"Dünyada ikili standartlara son qoyulmalıdır. İşğalçı işğalçı kimi göstərilməlidir və ondan tələb edilməlidir ki, işğal etdiyi torpaqlardan çıxsın"
"Azərbaycanda 10 illik humanitar fəaliyyət: Təsir, qazanilmiş təcrübə, gələcək istiqamətlər" mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən
31 oktyabr 2003 10:58
"Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqindən