Əsas səhifə

































Əsas səhifə

20 mart 2008 12:48
“Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim mədəniyyətimiz, tariximiz – bütün bunlar Azərbaycan xalqını qorumuşdur”
Novruz bayramı münasibətilə ümumxalq şənliyində Prezident İlham Əliyevin nitqindən
22 oktyabr 2007 13:40
“Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz – biz bu sahələrə böyük diqqət göstərməliyik”
Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən
13 aprel 2007 15:31
"Biz öz tariximizə sözdə yox, əməldə çox böyük hörmətlə yanaşmalıyıq və tarixi ədaləti də bərpa etməliyik"
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından
27 dekabr 2006 15:32
"Biz indi daha çox iqtisadi uğurlardan danışırıq və hər bir dövlətin, hökumətin fəaliyyəti müəyyən meyarlarla ölçülür: iqtisadi artım, siyasi məsələlərin həlli, təhlükəsizlik məsələlərinin təşkil olunması. Ancaq bununla bərabər, hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir"
Rəssamlar İttifaqının 65 illik yubileyi ilə əlaqədar tanınmış rəssamlarla görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından
11 sentyabr 2006 15:29
"İslam dözümlülük dinidir, sülh dinidir, tolerantlıq dinidir. Biz bütün başqa dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik və buna nail olacağıq"
Bakıda İslam Konfransı Təşkilatinin üzvü olan ölkələrin turizm nazirlərinin V konfransında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından
21 mart 2006 15:28
"Bizim milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi. Biz buna sadiqik. Eyni zamanda, biz dünyaya da açığıq. Çünki hər bir mütərəqqi təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. Əlbəttə ki, bizim şəraitimizi nəzərə almaq şərti ilə"
Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından
26 aprel 2005 15:27
"Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur. Əgər bunlar olmasaydı, əgər Azərbaycan xalqı öz tarixi köklərinə bağlı olmasaydı, bizim bugünkü taleyimiz başqa cür ola bilərdi. Məhz Azərbaycanın zəngin tarixi, mədəniyyəti, Azərbaycan dili bizi - Azərbaycan xalqının nümayəndələrini bu gün də öz keçmişimizə hörmətlə yanaşmağımıza imkan verir"
Şamaxıda Nəsiminin heykəlinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən
24 sentyabr 2004 15:25
"Azərbaycan cəmiyyəti tarixən və indi də etnik və dini tolerantlığı ilə səciyyələnibdir. Dini və etnik dözümlülük müasir Azərbaycanın ən böyük nailiyyətlərdən biridir"
Kolumbiya Universitetində görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından
29 yanvar 2004 15:33
"Bizim xalqımız çox istedadlı xalqdır və onun imkanları olmalıdır ki, öz istedadını, öz potensialını bütün dünyaya çatdıra bilsin"
Dövlət Filarmoniyası binasının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən